Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
AFFA prezidenti millinin oyununu izləyəcək.
Trend qurumun saytına istinadən məlumat verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Sofiya şəhərindəki "Vasil Levski" Milli Stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan oyununu izləmək məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayev Bolqarıstana səfər edib.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.