...

Azərbaycan millisi Bolqarıstana uduzdu

İdman Materials 14 Oktyabr 2015 01:36 (UTC +04:00)
Bu gün "Avro-2016"nın seçmə mərhələsinə yekun vurulur.
Azərbaycan millisi Bolqarıstana uduzdu

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Bu gün "Avro-2016"nın seçmə mərhələsinə yekun vurulur.

Trend-in məlumatına görə, H qrupunda qərarlaşan Azərbaycan millisi qrupda son matçına çıxıb.

Azərbaycan millisi səfərdə Bolqarıstanın qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesabı ilə nəticələnib.

Qollar: Aleksandrov, 20 (1:0), Dimitar Rangelov, 56 (2:0)

Qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmaları arasında Bakıda keçirilən görüşdə qonaqlar 1:2 hesablı qələbə qazanmışdı.

Xəbər lenti

Xəbər lenti