...

Şahmat üzrə klublar arasında Avropa Kubokunda ikinci tur başa çatıb

İdman Materials 20 Oktyabr 2015 13:12 (UTC +04:00)
Turnirin son qalibi SOCAR-Azərbaycan Almaniyanın "Verder" klubuna 5:1 hesabıyla qalib gəlib.
Şahmat üzrə klublar arasında Avropa Kubokunda ikinci tur başa çatıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda ikinci tur başa çatıb. Trend-in məlumatına görə, turnirin son qalibi SOCAR-Azərbaycan Almaniyanın "Verder" klubuna 5:1 hesabıyla qalib gəlib. Yarışa uğurla başlayan digər klubumuz "Odlar Yurdu" da inamlı çıxışını davam etdirib.

İsveçrə "Jeneva"sı ilə qarşılaşan təmsilçimiz "quru hesablı" qələbə sayəsində liderliyə yüksəlib.

SOCAR-Azərbaycan klubunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ikinci turun nəticələri aşağıdakı kimi olub:

"Verder" (Almaniya) - SOCAR (Azərbaycan) - 1:5

Vlastimil Babula (2554) - Aniş Qiri (2798) - 1:0

Qennadiy Fiş (2460) - Fabiano Karuana (2796) - 0:1

Sven Çarmete (2257) - Teymur Rəcəbov (2738) - 0:1

Yoahim Asendorf (2275) - Şəhriyar Məmmədyarov (2736) - 0:1

Stefan Buhal (2329) - Rauf Mamedov (2657) - 0:1

Fabian Brinkmann (2051) - Eltac Səfərli (2657) - 0:1

"Odlar Yurdu" (Azərbaycan) - "Jeneva" (İsveçrə) - 6:0

Emil Sutovski (2635) - Klovis Vernay (2460) - 1:0

Vasif Durarbəyli (2618) - Nikita Petrov (2450) - 1:0

Ülvi Bacarani (2546) - Aleksandr Vugllemyer (2345) - 1:0

Qədir Hüseynov (2634) - Rihard Qerber (2368) - 1:0

Nicat Məmmədov (2590) - Klod Landerberqye (2353) - 1:0

Zaur Məmmədov (2458) - Stefan Batçinski (2265) - 1:0

Turnir cədvəli: 1. "Odlar Yurdu" (Azərbaycan), "Alkaloid" (Makedoniya), SŞM (Rusiya), SOCAR (Azərbaycan) - 4 xal.

Bu gün "SOCAR-Azərbaycan" və "Odlar Yurdu" Rusiya klublarına qarşı mübarizə aparacaq. Görüş Bakı vaxtıyla saat 18-də start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti