...

Ukrayna və İsveç də Avro-2016-da

İdman Materials 18 Noyabr 2015 01:45 (UTC +04:00)
Avro-2016-nın final mərhələsinə vəsiqə qazanan bütün komandalar məlum oldu.
Ukrayna və İsveç də Avro-2016-da

Bakı. Trend:

Avro-2016-nın final mərhələsinə vəsiqə qazanan bütün komandalar məlum oldu.

Trend-in məlumatına görə, bu gün pley-off mərhələsinin son iki oyunu keçirilib. Sloveniya öz meydanında Ukraynanı qəbul edib. İlk oyun Ukrayna yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatdığından Sloveniya komandasını yalnız inamlı qələbə qane edirdi.

Oyuna meydan sahibləri fəal başlayıblar - 11-ci dəqiqədə Sezar hesabı açıb. Daha gərgin keçən ikinci hissənin əlavə olunmuş dəqiqələrində Yarmolenko son nöqtəni qoyub - 1:1. Beləliklə, Ukrayna Avro-2016-nın final mərhələsinə yüksəlib.

İsveç isə Danimarkanın qonağı olub. İlk oyunda 2:1 hesabı ilə qələbə qazanan isveçli futbolçular Danimarkada özlərini qonaq kimi aparmayıblar. 19-cu dəqiqədə Zlatan İbrahimoviç meydan sahiblərini məyus edib. 76-cı dəqiqədə İbrahimoviç dubla imza atıb.

81-ci dəqiqədə Poulsen fərqi azaldıb. Əlavə olunmuş dəqiqələrdə isə hesab bərabərləşib - 2:2. Bu nəticə İsveçə Avropa çempionatına aparan vəsiqə verib.
Qeyd edək ki, bundan əvvəl Macarıstan və İrlandiya yığmaları da pley-offdan final mərhələsinə vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti