...

"Qarabağ"da daha bir itki

İdman Materials 19 Noyabr 2015 15:18 (UTC +04:00)
"Qarabağ"da daha bir futbolçu sıradan çıxıb.
"Qarabağ"da daha bir itki

Bakı. Trend:

Premyer Liqada "Kəpəz"lə oyunun hazırlıqlarını davam etdirən "Qarabağ"da daha bir futbolçu sıradan çıxıb.

Trend klubun saytına istinadən məlumat verir ki, dünən axşam məşqində Alharbi El Jadeyaoui zədələnərək 1 aylıq sıradan çıxıb. Sağ ayaq topuğundan zədələnən futbolçunun ayağı sarğıya qoyulub.

Mərakeşli yarımmüdafiəçinin gələn ayın ortalarına meydançaya dönəcəyi ehtimal olunur.

Qeyd edək ki, bundan əvvəl Ağdam təmsilçisinin heyətində Reynaldo Silva və Rəşad Sadıqov zədələnərək sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti