...

Yunis Hüseynov: “Məğlubiyyətə görə üzr istəyirəm”

İdman Materials 22 Noyabr 2015 21:33 (UTC +04:00)
“Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm”
Yunis Hüseynov: “Məğlubiyyətə görə üzr istəyirəm”

Bakı. Trend:

"Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm". Trend-in məlumatına görə, bunu Premyer Liqanın 13-cü turunda keçirilən "Xəzər Lənkəran" - "Neftçi" oyunundan (0:2) cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov deyib.

Baş məşqçi oyunun gərgin keçdiyini qeyd edib: "İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə fərdi səhvlərdən qollar buraxdıq. İlk qoldan sonra açıq futbol göstərməyə başladıq və rəqib bundan istifadə etdi. Komandamın aqressiv olduğunu deməzdim, əksinə, rəqib daha aqressiv davrandı. Bizim komandamızda intizamsızlıq ola bilməz. Oyunun gedişində "Neftçi"nin bizdən güclü təsir bağışlaması hiss olunmurdu".

Y.Hüseynov komandasının heyətində problemlərin olduğunu da bildirib: "Rasim Ramaldanov, Kamran Abdullazadə iynə hesabına oyuna çıxmışdılar. Düşünürəm ki, bütün bunlara rəğmən, rəqibə heç bir cəbhədə uduzmadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Məğlub olmağımızı istəməzdim. Futbolçular da bunu başa düşməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti