...

"Zenit" rəqib tanımır

İdman Materials 24 Noyabr 2015 22:55 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib.
"Zenit" rəqib tanımır

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, Rusiyanın "Zenit" klubu doğma meydanda İspaniyanın "Valensiya" komandası ilə qarşılaşıb.

Oyuna peterburqlular fəal başlayıblar - 15-ci dəqiqədə Oleq Şatov hesabı açıb. 74-cü dəqiqədə Artyom Dzyuba fərqi artırıb. Bu, oyunda sonuncu qol olub - 2:0.

80-ci dəqiqədə Ruben Vizo qırmızı vərəqə alaraq ispanları azlıqda qoyub.

Beləliklə, H qrupunda mübarizə aparan "Zenit" 5 oyunun hamısında qalib gələrək Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. "Valensiya" 6 xalla hələlik 2-cidir.

Minskin BATE klubu isə Almaniyanın "Bayer" (Leverkuzen) komandasını qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti