...

Avropa Qran Prisi rəsmi 2016 Formula 1 təqvimində

İdman Materials 4 Dekabr 2015 14:56 (UTC +04:00)
Dekabrın 3-də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə yerləşən baş qərargahında Ümumdünya Motor-idman Şurasının iclası keçirilib.
Avropa Qran Prisi rəsmi 2016 Formula 1 təqvimində

Bakı. Trend:

Dekabrın 3-də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə yerləşən baş qərargahında Ümumdünya Motor-idman Şurasının iclası keçirilib. Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, iclasda Ümumdünya Motor-idman Şurası Formula 1-ə aid idman əməliyyatlarının aparılması qaydalarında bir neçə vacib dəyişikliklər edib.

Belə ki, Formula 1 mövsümünün gedişində ilk dəfə olaraq iştirakçı ölkələrin maksimal sayı 20-dən 21-ə artırılıb.

Ənənəvi Formula 1 təqviminə edilən bu əlavə bilavasitə ölkəmizin gələn il iyun ayının 19-da Formula 1 Avropa Qran Prisinə ev sahibi kimi debut etməsi ilə əlaqəlidir.

Bakı Şəhər Halqası 21 ölkə arasında sıra etibarilə səkkinizinci mərhələ olmaqla, 2016-cı il mövsümünün təqvimi aşağıdakı şəkildə təsdiq olunub:

20 mart - Avstraliya Qran Prisi (Albert Park)
03 aprel - Bəhreyn Qran Prisi (Saxir)
17 aprel - Çin Qran Prisi (Şanxay)
01 may - Rusiya Qran Prisi (Soçi)
15 may - İspaniya Qran Prisi (Barselona)
29 may - Monako Qran Prisi (Monte Karlo)
12 iyun - Kanada Qran Prisi (Monreal)
19 iyun - Avropa Qran Prisi (Bakı)*
03 iyul - Avstriya Qran Prisi (Osterrayxrinq)
10 iyul - Böyük Britaniya Qran Prisi (Silverstoun)
24 iyul - Macarıstan Qran Prisi (Hunqarorinq)
31 iyul - Almaniya Qran Prisi (Hokkenhaym)
28 avqust - Belçika Qran Prisi (Spa Frakorşamps)
04 sentyabr - İtaliya Qran Prisi (Montsa)
18 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey)
02 oktyabr - Malayziya Qran Prisi (Sepanq)
09 oktyabr - Yaponiya Qran Prisi (Suzuka)
23 oktyabr - ABŞ Qran Prisi (Ostin)**
06 noyabr - Meksika Qran Prisi (Mexiko)
13 noyabr - Braziliya Qran Prisi (San Paulu)
27 noyabr - Əbu Dabi Qran Prisi (Yas Marin)

Qeyd:
*Bakıda Avropa Qran Prisinin başlanması "24 Saat Le Man" yarışının yekunlaşmasına müvafiq olaraq planlaşdırılmalıdır.
** Promoter tərəflə ASN arasında razılaşmaya bağlıdır.

Bakı Şəhər Halqası haqqında

Formula 1 təqviminə əsasən 17-19 iyun 2016-cı ildə Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouter şirkəti və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2km-lik dənizkənarı zolaq və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək. Artıq unikal idman məkanı və ən sürətli Formula 1 şəhər treki kimi xarakterizə olunan Bakı Şəhər Halqasının oturaq və ayaqüstü tribunalarda canlı tamaşaçı tutumu toplam 30 000-dən artıq olacaq. Yarışın bilet satışı 2015-ci ilin dekabr ayında başlayacaq.

Sorğu üçün [email protected] ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti