...

"Neftçi" məşqlərə başladı (FOTO)

İdman Materials 7 Yanvar 2016 18:51 (UTC +04:00)
"Neftçi" futbol klubu bu gün Premyer Liqanın üçüncü dövrəsinin hazırlığına başlayıb.
"Neftçi" məşqlərə başladı (FOTO)

Bakı. Trend:

"Neftçi" futbol klubu bu gün Premyer Liqanın üçüncü dövrəsinin hazırlığına başlayıb. Komanda klubun bazasındakı meydançada məşq edib.

Trend klubun saytına istinadən məlumat verir ki, hazırlıq prosesində Mixal Peskoviçdən başqa bütün futbolçular iştirak ediblər. Qapıçı məşqlərə sabah qoşulacaq. Zədəlilər - Fəhmin Muradbəyli və Elşən Abdullayev fərdi məşqlə kifayətləniblər.

Qeyd edək ki, yanvarın 10-dək gündə bir dəfə məşq edəcək "Neftçi" ayın 10-da Olimpiya Stadionunda ikitərəfli oyun keçirəcək. Yanvarın 11-də isə komanda təlim-məşq toplanışına start verəcək. Klubun təlim-məşq bazası, "Bakcell Arena" və Olimpiya Stadionunda təşkil olunacaq təlim-məşq toplanışı ərzində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti