Bakı. Trend:
Millinin məşqçiləri "Sumqayıt"ın oyununa baxıblar.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Premyer Liqa klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spasiç "Sumqayıt" - "Akjayık" (Qazaxıstan) oyununa baxıblar.