...

Audit: FIFA-da təqribən 1 milyon dollar oğurlanıb

İdman Materials 30 Yanvar 2016 12:05 (UTC +04:00)
2015-ci ildə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) büdcəsindən təxminən 1 milyon dollara yaxın vəsait oğurlanıb.
Audit: FIFA-da təqribən 1 milyon dollar oğurlanıb

Bakı. Elçin Hüseynov - Trend:

2015-ci ildə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) büdcəsindən təxminən 1 milyon dollara yaxın vəsait oğurlanıb. Bu barədə Trend Reuters-ə istinadən məlumat verir.

FIFA-nın daxili auditinin nəticələrinə əsasən, 2015-ci ildə Qvatemaladan ali futbol qurumununun hesabına beş tranşla 1,1 milyon dollar köçürülüb. Lakin FIFA-nın illik büdcəsində Qvatemaladan daxil olan vəsaitin yalnız 250 mini qeyd olunub.

Qeyd edək ki, 2015-ci ilin mayında İsveçrədə FIFA-nın bir sıra yüksək vəzifəli rəsmiləri korrupsiya ittihamı ilə həbs olunub. Həbslər ABŞ Ədliyyə Nazirliyinin müraciəti əsasında İsveçrə polisi tərəfindən həyata keçirilib. Müstəntiqlərin iddiasına əsasən, 20 il ərzində FIFA məmurları 150 milyon dollar civarında rüşvət alıblar. ABŞ 14 nəfəri reket, maliyyə transaksiyaları, pulların yuyulması da daxil olmaqla 47 maddə üzrə ittiham edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti