...

Müxtəlif ölkələrin nümayəndə heyətləri Bakıda idman gimnastikası üzrə Dünya Kuboku üçün akkreditasiyadan keçirlər (FOTO)

İdman Materials 17 Fevral 2016 14:57 (UTC +04:00)
Müxtəlif ölkələrin nümayəndə heyətləri Bakıda fevralın 19-dan 21-dək keçiriləcək idman gimnastikası üzrə Dünya Kuboku üçün akkreditasiyadan keçirlər.
Müxtəlif ölkələrin nümayəndə heyətləri Bakıda idman gimnastikası üzrə Dünya Kuboku üçün akkreditasiyadan keçirlər (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Müxtəlif ölkələrin nümayəndə heyətləri Bakıda fevralın 19-dan 21-dək keçiriləcək idman gimnastikası üzrə Dünya Kuboku üçün akkreditasiyadan keçirlər.

Trend-in məlumatına görə, indiyədək Azərbaycan, Özbəkistan, Braziliya, İran, İsrail, Yaponiya, İspaniya, İsveç və Ukrayna komandaları akkreditasiyadan keçiblər.

Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) müvafiq xidmət sahələri 19 ölkədən olan iştrakçıları qəbul etməyə hazırlaşır.

Dünya Kuboku - ümumdünya gimnastika təqvimində mühüm hadisələrdən biridir, buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini - Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək. O, alman dəqiqliyi ilə yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti və Olimpiya Çempionu Nelli Kim (Belarus) də səfər edəcək.

Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.

Trend akkreditasiyadan fotosessiyanı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti