...

Qadın boksçumuz 4 qat dünya çempionuna qalib gələrək olimpiadaya lisenziya qazandı

İdman Materials 15 Aprel 2016 17:41 (UTC +04:00)
Yana Alekseyevna yarımfinal görüşündə qələbə qazanıb.
Qadın boksçumuz 4 qat dünya çempionuna qalib gələrək olimpiadaya lisenziya qazandı

Bakı. Trend:

Türkiyənin Samsun şəhərində davam edən boks üzrə Avropa qitəsi boksçularının lisenziya xarakterli turnirində çıxış edən 60 kq çəkili qadın boksçumuz Yana Alekseyevna yarımfinal görüşündə qələbə qazanıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, idmançımız Avropa Oyunlarında məğlub olduğu tanınmış irlandiyalı boksçu Keti Teylora qalib gəlib.

Olimpiya çempionu, 4 qat dünya və 5 qat Avropa birincisi olan K.Teylora qalib gələn Y.Alekseyevna boks millimizdə lisenziya qazanan artıq 4-cü idmançımız olub.

Xəbər lenti

Xəbər lenti