...

Gənc yunan-Roma güləşçiləri Batumidən 2 bürünc medalla qayıdıb

İdman Materials 2 May 2016 13:56 (UTC +04:00)
Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.
Gənc yunan-Roma güləşçiləri Batumidən 2 bürünc medalla qayıdıb

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, yığma komandanın məşqçisi Zöhrab Abbasovun rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimiz turniri 2 bürünc medalla başa vurub.

66 kq çəkidə mübarizə aparan Namaz Rüstəmov və 120 kq çəkidə yarışan Adəm Cəlilov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti