Bakı. Trend:
Unibank əməkdaşları banklar arasında keçirilən şahmat çempionatını qalibiyyətlə başa vurublar. Bankdan Trend-ə verilən əmlumata görə, çempionatda Bankın Risk menecment departamentinin mütəxəssisi Rəsul Mənsimli 1-ci yeri tutub. Komanda hesabında da Unibank qalib olub.
Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi çempionat" 1 həftə davam edib. Şahmat yarışına 20 bankdan 82 nümayəndə qoşulub.
Unibank- hər kəsin bankı