...

"Xanım şahmatçı ilə oynamaq xoş oldu" (FOTO)

İdman Materials 27 May 2016 20:31 (UTC +04:00)
Synergy Group-un dəstəyi ilə keçirilən "ShamkirChess-2016" turnirində II turun daha bir oyunu başa çatıb.
"Xanım şahmatçı ilə oynamaq xoş oldu" (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Synergy Group-un dəstəyi ilə keçirilən "ShamkirChess-2016" turnirində II turun daha bir oyunu başa çatıb.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çin idmançısı Hou Yifan Azərbaycan çempionu Eltac Səfərli ilə heç-heçə oynayıb. Partiyadan sonra H.Yifan jurnalistlərin suallarına cavab verib: "Eltaca qarşı maraqlı oyun alındı. Üstünlüyüm var idi. İnkişaf etdirərək qələbə qazanmaq istəyirdim. Sonra səhvlərim oldu. Ümumilikdə oyunumdan razıyam.

Şəmkir turnirində çıxış etdiyim üçün xoşbəxtəm. Gələcəkdə ancaq kişi şahmatçılarla oynamaq barədə düşünmürəm. Fərqi yoxdur - kişi və ya qadın şahmatçı. Kişi şahmatçılardan ibarət Çin millisi son illər böyük uğurlar qazanıb. Ona görə həmin heyətə düşmək asan deyil. Reytinqə görə millinin üzvlərindən geri qalıram. Bəlkə əmsallarımı artırsam, gələcəkdə kişilərin yığmasında oynamaq mümkün olar".

E.Səfərli isə partiyanın onun üçün çətin alındığını etiraf edib: "Xanım şahmatçı ilə oynamaq mənə xoşdur. Özü də Yifan kimi xanımla. O qadınlar arasında dünya çempionudur. Ciddi rəqibdir. Bu mənada asan oyun olmadı. Səhvdən sonra rəqib üstünlük əldə etdi və nəticədə məğlub ola bilərdim. Heç-heçə yaxşı nəticədir. Hazırda turnirin başlanğıcıdır, ona görə indidən yekun barədə danışmaq düz olmaz. Məqsədim Şəmkir turnirini ilk beşlikdə bitirməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti