...

Rauf Məmmədov: "Eltacla oyunumuz bərabər səviyyədə oldu"

İdman Materials 29 May 2016 06:22 (UTC +04:00)
ShamkirChess2016 turnirinin III turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Eltac Səfərli heç-heçə oynayıb.
Rauf Məmmədov: "Eltacla oyunumuz bərabər səviyyədə oldu"

Bakı. Trend:

ShamkirChess2016 turnirinin III turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Eltac Səfərli heç-heçə oynayıb.

Trend-in məlumatına görə, partiyadan sonra Rauf Məmmədov oyun haqda fikirlərini bildirib: "Eltacla görüşümüz sönük oldu. Bir-birimizi yaxşı tanıdığımızdan mübarizə görsənmədi. Heç-heçə normal nəticədir. Səfərli fərqli debüt oynasa da, üstünlük əldə etmədi. Belədə oyun bərabər səviyyədə davam etdi".

Rauf Məmmədov 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda da danışıb: "Şahmat Olimpiadası qrossmeysterlər üçün ən mötəbər və çətin yarışdır. Bir sıra yarışlarda Azərbaycan millisi yaxşı oynasa da medal qazanmayıb. Sonuncu Tromsö olimpiadasında belə oldu. Norveçdə keçirilən yarışda uzun müddət lider kimi yarış cədvəlinə başçılıq etdik. Sonda isə Azərbaycan millisi yarışı 5-ci sırada başa vurdu. Bu mənada Bakı Şahmat Olimpiadası bizim üçün ikiqat önəmlidir. Çox istərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti