...

Ümummilli Liderin xatirəsinə həsr olunmuş kubok yarışı keçirilib (FOTO)

İdman Materials 31 May 2016 12:51 (UTC +04:00)
Dənizkanarı Bulvar – İçəri Şəhər ərazilərində səmti müəyyənetmə üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçirilib.
Ümummilli Liderin xatirəsinə həsr olunmuş kubok yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Dənizkanarı Bulvar - İçəri Şəhər ərazilərində səmti müəyyənetmə üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçirilib.

Bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyənetmənin sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıda təşkil olunan bir sıra idman növləri sırasına səmti müəyyənetmə də qatılıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın fəxri üzvü, eləcə də Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko, Dənizkanarı Bulvar İdarəsi Administrasiyasının rəhbəri Elmir Bağırov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə çıxış edərək yarış iştirakçılarını salamlamış və onlara uğurlar arzulayıblar.

Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Gənclər və İdman Nazirliyi, Dənizkanarı Bulvar İdarəsi, İçəri Şəhər Tarix-Memarlıq Qoruğu İdarəsi, İrəli İctima Birliyinin və o cümlədən Türkiyə Səmti Müəyyənetmə Federasiyasının təşkilati dəstəyi ilə yarışda idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri, ali təhsil müəssisələrindən ümumilikdə 26 komanda və eləcə də fərdi iştirakçıları olmaqla 280-a yaxın idmançı müxtəlif kateqoriyalar üzrə mübarizə aparıblar.

Qeyd edək ki, keçirilmiş kubok yarışında iştirak etmiş idmançı sayı ilə bu idman növü üzrə yeni rekord müəyyən olunub. Beləliklə səmti müəyyənetmənin ölkədə kütləviliyinin artırılması üçün mühüm addım atılmış olub.

Bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyənetmənin sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıda təşkil olunan Marafon, Formula-1 kimi bir sıra idman növləri sırasına səmti müəyyənetmə də qatıldı və ölkənin idman ənənəsinə öz tövhəsini verib.

Gərgin keçən mübarizədə komanda hesabında Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası qalib gələrək yarışın kubokunu qazanıb.

Neftçi İdman Klubu ikinci, İrbis klubu isə üçüncü olub.

Sonda fərqlənən idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti