...

"Traktor Sazi" erməni futbolçunun transferindən imtina etdi

İdman Materials 7 İyun 2016 19:49 (UTC +04:00)
İranın "Traktor Sazi" (Təbriz) futbol klubu erməni əsilli Varazdat Harayanı transfer etməkdən imtina edib.
"Traktor Sazi" erməni futbolçunun transferindən imtina etdi

Bakı. Elmira Tariverdiyeva - Trend:

İranın "Traktor Sazi" (Təbriz) futbol klubu erməni əsilli Varazdat Harayanı transfer etməkdən imtina edib.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, bundan əvvəl oyunçu ilə müqavilə imzalamaq planlaşdırılırdı.

Klubun baş direktoru Mustafa Ajurlu bildirib ki, bu qərar əksər azarkeşlərinin etnik azərbaycanlılar olduğu klubun böyük tamaşaçı kütləsi itirməsi ilə nəticələnə bilərdi:

"Mənim məqsədim odur ki, bütün türk xalqlarını "Traktor Sazi"nin ətrafında birləşdirim. Ermənistan yığmasının oyunçusunun komandamıza gəlişi bu birliyi təhlükə altında qoyurdu. Buna görə də transfer ideyasından imtina etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti