...

Avro-2016: Albaniya məğlubiyyətlə başladı (FOTO)

İdman Materials 11 İyun 2016 18:57 (UTC +04:00)
Fransada futbol üzrə Avropa çempionatı davam edir.
Avro-2016: Albaniya məğlubiyyətlə başladı (FOTO)

Bakı. Trend:

Fransada futbol üzrə Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, turnirin ikinci günündə Albaniya və İsveçrə komandaları qarşılaşıblar.

Oyunun 5-ci dəqiqəsində Fabian Şyor debütant albanları məyus edib - 0:1. Bu azmış kimi, 36-cı dəqiqədə kapitan Lorik Tsana ikinci sarı vərəqə alaraq Albaniyanı azlıqda qoyub. Oyun elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, Albaniya millisinin əsas heyətində Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Ansi Aqolli də yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti