...

Niko Rosberq "Formula 1" Avropa Qran Prisinin qalibi oldu (FOTO)

İdman Materials 19 İyun 2016 18:37
"Mercedes" komandasının pilotu Niko Rosberq "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Niko Rosberq "Formula 1" Avropa Qran Prisinin qalibi oldu (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, ikinci yeri "Ferrari"dən Sebastayn Fettel (+16.6), üçüncü yeri isə "Force India"dan Serxio Peres (+25.2) tutub.

"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.

"Toro Rosso" komandasının hər iki pilotu - Daniil Kvyat 6-cı, Karlos Sayns 33-cü döngədə mübarizəni dayandırıb. Həmçinin "Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti