...

"Neftçi"də 4 yeni futbolçu

İdman Materials 20 İyun 2016 20:48 (UTC +04:00)
2016-2017-ci illər mövsümünə hazırlığı davam etdirən "Neftçi” PFK heyətini yeni futbolçularla gücləndirib.
"Neftçi"də 4 yeni futbolçu

Trend-i buradan izləyin

Bakı. Trend:

2016-2017-ci illər mövsümünə hazırlığı davam etdirən "Neftçi” PFK heyətini yeni futbolçularla gücləndirib.

Trend klubun saytına istinadən yeni cəlb olunmuş futbolçular haqqında məlumatı təqdim edir:

1. Vançe Şikov - Makedoniya yığma komandasının müdafiəçisidir. Təcrübəli müdafiəçi ölkəsinin milli komandasında 49 oyunda meydana çıxıb və 4 qol vurub. Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma geyinib. Son iki mövsümü "Austriya” (Avstriya) klubunda keçirən V.Şikov 42 matçda meydana çıxıb. Bununla yanaşı, futbolçu Yunanıstan və Ukraynada legioner həyatı yaşayıb.

2. Edson Kastilyo – 22 yaşlı futbolçu buna qədər ardıcıl olaraq 17 və 21 yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış edib. Kastilyo 2010-2016-cı illər ərzində Venesuelanın "Mineros” klubunun şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib.

3. Dario Melnyak – Xorvatiyalı sol cinah müdafiəçisi Belçikanın "Lokeren” klubundan icarə əsasında transfer edilib. 22 yaşlı futbolçu 2011-2015-ci illər ərzində Xorvatiyanın "Zelina” və "Slaven” klublarının formasını geyinib.

4. Murad Ağayev – Azərbaycanın əsas yığma komandasına dəvət almış futbolçu daha öncə 19 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib. Azərbaycanda AZAL və "Sumqayıt” klublarında oynamış futbolçu 2006-2012-ci illərdə Rusiya klublarında çıxış edib.

Bununla yanaşı, qapıçı mövqeyinə də transfer prosesi hazırda davam edir.

Xəbər lenti

Xəbər lenti