...

Avro-2016: Almaniya və Polşa da 1/8 finalda

İdman Materials 21 İyun 2016 21:51 (UTC +04:00)
Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilir.
Avro-2016: Almaniya və Polşa da 1/8 finalda

Bakı. Trend:

Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilir.

Trend-in məlumatına görə, C qrupunda Almaniya və Şimali İrlandiya komandaları qarşılaşıblar.

30-cu dəqiqədə Mario Qomes almanları önə keçirib. Təəccüblü olsa da, bu, oyunda yeganə qol olub.

Qrupun digər oyununda isə Polşa Ukraynanı Blaşikovskinin qolu ilə məğlub edib - 1:0.

Beləliklə, C qrupunda 7 xallı Almaniya birinci, eyni xal toplayan Polşa ikinci, 3 xalla İrlandiya isə üçüncü yeri tutub. Ukrayna 3 oyundan 0 xal və 0 qolla sonuncu olub.

Xəbər lenti

Xəbər lenti