Azərbaycan boksçusu: “Finalda daha güclü çıxış edəcəyəm”

Bakı. Trend:
“Finalda daha güclü çıxış edəcəyəm”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, bunu Rio-2016-da finala yüksələn Azərbaycan boksçusu Lorenzo Sotomayor deyib.
O qeyd edib: “İnşallah, finalda da qalib gələcəyəm. Qələbəyə əmin idim. Finalda bundan da güclü çıxış edəcəyəm. Özümü qələbəyə hazır hiss edirəm”.
Rio-2016: Azərbaycan boksçusu erməni rəqibini udub finala çıxdı
Finaldakı özbək rəqibinə gəldikdə, L.Sotomayor deyib: “İki dəfə ona qalib gəlmişəm, inanıram ki, yenə də qalib gələcəyəm”.
Qeyd edək ki, boksçumuz finalda özbəkistanlı Fazliddin Qaibnazarovla qarşılaşacaq.