...

Mövsümün ilk avtoqolu (VİDEO)

İdman Materials 22 Avqust 2016 14:05 (UTC +04:00)
Premyer Liqada mövsümün ilk avtoqolu qeydə alınıb.
Mövsümün ilk avtoqolu (VİDEO)

Bakı. Trend:

Premyer Liqada mövsümün ilk avtoqolu qeydə alınıb.

Trend PFL-in saytına istinadən məlumat verir ki, “Qarabağ” – “Neftçi” oyununda qonaqların futbolçusu Jayro Rodriges öz qapısına qol vurub. Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyadak cari mövsümdə avtoqola üzülən olmamışdı.

Bu, ölkə çempionatları tarixində “Neftçi” futbolçularının 13-cü belə uğursuzluğudur. Yalnız iki komandanın üzvləri daha çox avtoqola üzülüb. AZAL 18, “Qarabağ” 14 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 18-ci dəfə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə “Qarabağ” hamıdan öndədir. “Neftçi” 16, “Bakı” 15 dəfə belə halla üzləşib.

Ümumilikdə isə Jayronun öz qapısına qol vurması ölkə çempionatları tarixinə 160-cı avtoqol kimi düşüb.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti