Bakı. Trend:
Azərbaycan Respublikasında istehsal olunan alkoqullu içkilər üzrə aksiz dərəcələri artırılacaq.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, içməli spirt (o cümlədən denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litrinə 0,2 manat artırılaraq 5,0 manat, burada nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə 0,1 manat artırılaraq 0,5 manat aksiz dərəcəsi tətbiq ediləcək.
