...

Siqaretlərin aksiz dərəcəsi artırılır

Cəmiyyət Materials 29 Dekabr 2025 14:22 (UTC +04:00)
Siqaretlərin aksiz dərəcəsi artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatları üzrə aksiz dərəcələri artırılacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, siqarilla (nazik siqarlar), tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 9,5 manat artırılaraq 55,0 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılıb.

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti