...

Droqba "Qalatasaray"a qayıda bilər

İdman Materials 5 Yanvar 2017 13:17 (UTC +04:00)
Kot-d'İvuarlı futbolçu Didye Droqba "Qalatasaray"a qayıda bilər.
Droqba "Qalatasaray"a qayıda bilər

Bakı. Trend:

Kot-d'İvuarlı futbolçu Didye Droqba "Qalatasaray"a qayıda bilər.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, oktyabrın sonunda ABŞ-ın "Montreal Impact" komandası ilə razılaşmanı ləğv edən 38 yaşlı futbolçu 2014/2015 mövsümündə formasını geyindiyi İstanbul klubunun rəhbərliyinə təklif edilib.

D.Droqbanın meneceri Tierno Seydi artıq "Qalatasaray"la təmasda olub və afrikalı hücumçunun "hələ futbola ac olduğunu", karyerasını davam etdirmək istədiyini bildirib.

"Qalatasaray" rəhbərliyinin isə qərar vermək üçün vaxt istədiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti