Bakı. Maksim Tsurkov - Trend:
Qazaxıstan gimnastları Pirməmməd Əliyev və Daniil Musabəyov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda sinxron çıxışlarda qızıl medal qazanıblar.
Trend-in məlumatına görə, qazax batutçular 51.400 bal toplayıblar. Rusiyalı cütlük Mixail Melnik və Oleq Selyutin 50.585 balla ikinci, yapon cütlük Katsufumi Tasaki və Tetsuya Sotomara isə üçüncü (50.700) olub.
Azərbaycan gimnastları İlya Qrişunin və Oleq Piunov finalda 48.450 bal yığaraq mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.