...

Nümayəndə heyətinin rəhbəri: Bolqarıstan Dünya Kubokuna gənc komanda gətirib (FOTO)

İdman Materials 26 Aprel 2017 17:06 (UTC +04:00)
Bolqarıstan bədii gimnastika üzrə Bakıda keçiriləcək Dünya Kubokuna gənc komanda gətirib
Nümayəndə heyətinin rəhbəri: Bolqarıstan Dünya Kubokuna gənc komanda gətirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. maksim Tsurkov - Trend:

Bolqarıstan bədii gimnastika üzrə Bakıda keçiriləcək Dünya Kubokuna gənc komanda gətirib.

Bunu Trend-ə Bolqarıstan nümayəndə heyətinin rəhbəri Despa Kateliyeva deyib.

Onun sözlərinə görə, əsas məsələ idmançıların lazımi qaydada çıxış etməsidir: “Əgər onlar hər şeyi planlaşdırıldığı kimi yerinə yetirsələr, o zaman nəticə də yaxşı olacaq. Əlbəttə, biz medallar uğrunda mübarizə aparmaq istəyirik, amma idmançılarımız yenidir. Ümid edirik ki, onlar özlərini yaxşı tərəfdən göstərəcək”.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, Zöhrə Ağamirova, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti