...

Bakı-2017: Səudiyyə Ərəbistanının kişi həndbolçuları birinci oldular

İdman Materials 14 May 2017 17:51 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında final oyunu keçirilib.
Bakı-2017: Səudiyyə Ərəbistanının kişi həndbolçuları birinci oldular

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında final oyunu keçirilib.

Trend-in məlumatına görə, finalda Türkiyə və Səudiyyə Ərəbistanı komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyun Səudiyyə Ərəbistan yığması 26:21 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Xatırladaq ki, qadınların yarışının finalında isə Azərbaycan və Türkiyə həndbolçuları üz-üzə gələcəklər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti