...

İslamiada qalibi: İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq

İdman Materials 15 May 2017 14:42 (UTC +04:00)
Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər.
İslamiada qalibi: İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq

Bakı. Samir Əli - Trend:

Yarışlar güclü geçdi. Əksər ölkələr güclü komandalarla iştirak edirdilər. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo üzrə qızıl medal qazanmış Elçin Talıbov deyib.

O bildirib ki, ölkəmizin bayrağını yüksəltməyə çalışdıq:

"İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq. Bir ailəyə iki medal apardıq. Qardaşım Natiq Talıbov da paralimpiyaçıdır. O da bürünc medal qazandı. Ailəmizin də sevincinin həddi-hüdudu yoxdur. İki qardaşın bir yarışda iştirak etməsi bizim ailəyə qismət oldu. Gələcəkdə keçiriləcək yarışlara da qatılacağıq və ölkəmizi layiqincə təmsil edəcəyik".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti