...

Paralimpiyaçımız İslamiadada ikinci qızıl medalını qazandı (FOTO)

İdman Materials 17 May 2017 12:40 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışları davam edir.
Paralimpiyaçımız İslamiadada ikinci qızıl medalını qazandı (FOTO)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışları davam edir.

Trend-in məlumatına, kişi paralimpiyaçıların lövhə atma yarışında idmançımız Samir Nəbiyev bütün rəqiblərini qabaqlayıb.

Onun nəticəsi 45,17 metr olub.

Gümüş medala İordaniya təmsilçisi Amer Abdelaziz, bürünc medala isə misirli Metava Abouelkhir sahib olub.

Xatırladaq ki, S.Nəbiyev ötən gün kürə itələmə yarışında da qalib gəlmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti