Bakı. Trend:
Bakı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində zorxana yarışlarında kişilərdə komanda hərəkətlərinə start verilib.
Trend-in məlumatına görə, yarışların ilk günündə 9 ölkə – Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan və Uqanda milliləri mübarizə aparır.
Zorxana yarışları iki gün davam edəcək.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.