Bakı. Trend:
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyunun 29-da, “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Differdange” (Lüksemburq) oyununa hakim təyinatı açıqlanıb.
Trend-in məlumatına görə, matçı qazaxıstanlı hakimlər idarə edəcək.
Baş hakim: Daniyar Sakhi
Baş hakimin köməkçiləri: Yuriy Tikhonyuk, Alibek Aubakirov
Dördüncü hakim: Marat İskakov
(Hakimlər briqadası Qazaxıstandandır)
UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)
Hakim-inspektor: İqor Satki (Moldova)