...

ABL Kuboku 2017/18 biznes-liqasının möhtəşəm təqdimatı olacaq

İdman Materials 13 Sentyabr 2017 12:23 (UTC +04:00)
Bakı Biznes Mərkəzində "Azfar Business Liqası" çempionatının təqdimatı keçiriləcək
ABL Kuboku 2017/18 biznes-liqasının möhtəşəm təqdimatı olacaq

Bakı. Trend:

15 sentyabr saat 19:30-da Bakı Biznes Mərkəzində "Azfar Business Liqası" çempionatının təqdimatı keçiriləcək. Turnirin əsas məqsədi korporativ mьhitdə mini-futbolun populyarlaşdırılması və inkişaf etdirilməsi, habelə əhali arasında idman və bədən tərbiyəsinə marağın artırılmasıdır.

Tədbirin təşkilatçıları ümid edirlər ki, ABL Cup 2017/18 debüt yarışınının təqdimatı öz unikal və rəngarəng atmosferi ilə yadda qalacaq. Təqdimat mərasiminin əsas komponentləri kimi, Riçard Almeyda başda olmaрla "Qarabağ" klubunun oyunçularının iştirakı nəzərdə tutulub.

Bununla sürprizlər bitmir. Turnirin əsas elementi, top nümayiş olunacaq. Top ABL Cup 2017/18 turniri üçün xüsusi olaraq hazırlanıb. Turnirin gedişatında oyunçuların formaları barədə də, dolğun məlumat veriləcək. Komandanın şəxsi istəyi ilə, onları forma ilə təşkilatçılar təmin edəcək. Seçim üçün komandalara müxtəlif rəng palitraları və model cərgəsi təqdim olunacaq.

Tədbirin təşkilatçıları turnirin əsas müddəaları və keçirilməsi formulu barədə məlumat verəcək, gələcək qaliblərə təqdim olunacaq kubok və medallardan bəhs edəcək. Daha sonra, turnirin sonunda fərqlənən komandalara veriləcək xüsusi mükafatlar açıqlanacaq.

Mini-futbol üzrə keçiriləcək turnirdə iştirak etmək istəyən komandalar üçün qeydiyyat qaydaları barədə danışılacaq. Keçirilən ABL Cup 2017/18 turniri ilə əlaqədar təqdimat iştirakçılarının suallarına cavab veriləcək.

ABL Cup 2017/18 turnirinin təqdimatı, keçiriləcək səmərəli forması ilə çempionatın gələcək uğurlarına zəmin yaradır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti