...

Rusiya millisinin baş məşqçisi: Əsas odur ki, qalib gəldik

İdman Materials 22 Sentyabr 2017 19:02 (UTC +04:00)
"Əsas odur ki, biz qalib gəldik".
Rusiya millisinin baş məşqçisi: Əsas odur ki, qalib gəldik

Bakı. Şahin Kazımzadə - Trend:

"Əsas odur ki, biz qalib gəldik". Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Avropa çempionatı yarışlarında voleybol üzrə Rusiya və Ukrayna yığmalarının görüşündən sonra Rusiya millisinin baş məşqçisi Konstantin Uşakov deyib.

Baş məşqçi komandanın oyunçularından heç kəsi xüsusi olaraq fərləndirməyərək, "hər biri ilə ayrılıqda danışacam" deyib.

Rəqiblərin oyununa gəlincə, K.Uşakov bildirib ki, onların qələbəyə can atmaları təəccüblənməyib. O qeyd edib: "Ukrayna millisi Avropanın birinciləri ilə oynayırdı və mübariz oyun nümayiş etdirdilər".

Rusiya məşqçisi həmçinin çempionatın təşkilatçılığıdan məmnunluğunu ifadə edərək bildirib ki, "zal möhtəşəmdir, yaradılan şərait yüksək səviyyədədir".

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində keçiriləcək.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın dörddəbir, yarımfinal və final görüşləri Bakıda təşkil ediləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti