...

Marius Vizer: İri idman tədbirlərinin keçirilməsi ilə Azərbaycanın mədəni irsi daha geniş coğrafiyada təbliğ edilir

İdman Materials 29 Sentyabr 2017 17:39 (UTC +04:00)
İri idman tədbirlərinin keçirilməsi ilə Azərbaycanın mədəni irsi daha geniş coğrafiyada təbliğ edilir.
Marius Vizer: İri idman tədbirlərinin keçirilməsi ilə Azərbaycanın mədəni irsi daha geniş coğrafiyada təbliğ edilir

Bakı. Trend:

İri idman tədbirlərinin keçirilməsi ilə Azərbaycanın mədəni irsi daha geniş coğrafiyada təbliğ edilir.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

M.Vizer qeyd edib: “Mən Prezidenti və birinci xanımı, bütün Azərbaycan xalqını Azərbaycan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü, o cümlədən idman sahəsində və bütün digər sahələrdə qazandığınız uğurlara, həmçinin iqtisadi nailiyyətlərinizə görə təbrik etmək istəyirəm. Siz təhsildə, elmdə, ölkənizin gələcəyi ilə bağlı olan bir çox sahələrdə böyük nailiyyətlər əldə etmisiniz”.

O xatırladıb ki, Azərbaycan ilk Avropa Oyunlarını 2015-ci ildə keçirdi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları burada təşkil olundu:

“Bir çox Avropa və dünya çempionatları da ölkənizdə keçirilib. Bu cür tədbirləri keçirərək Siz bu sahəyə böyük sərmayələr qoyursunuz, o cümlədən idmanı inkişaf etdirirsiniz, ölkənizin mədəni irsini daha da geniş coğrafiyada təbliğ edirsiniz. Mən sizin hamınıza beynəlxalq idman hərəkatına, Beynəlxalq Olimpiya Hərəkatına verdiyiniz töhfəyə görə təşəkkürümü bildirirəm. Sizin səyləriniz sayəsində bir çox yeni idmançılar formalaşır. Gələn il növbəti dünya çempionatımız keçiriləcək və sizin hamınızı böyük məmnuniyyətlə həmin çempionata dəvət edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti