...

Rusiyanın futbol millisinin yeni rəsmi sponsoru özbək oldu

İdman Materials 4 Oktyabr 2017 14:22 (UTC +04:00)
Özbəkistanın “Ravon Motors” avtomobil şirkəti futbol üzrə Rusiya milli komandasının rəsmi sponsoru olub.
Rusiyanın futbol millisinin yeni rəsmi sponsoru özbək oldu

Bakı. Trend:

Özbəkistanın “Ravon Motors” avtomobil şirkəti futbol üzrə Rusiya milli komandasının rəsmi sponsoru olub.

Trend-in məlumatına görə, “Ravon” brendi altında Rusiya bazarında avtomobil satışı ilə məşğul olan şirkətin Rusiya millisi ilə tərəfdaşlığı yaxın günlərdə keçiriləcək yoldaşlıq görüşləri ilə başlayacaq.

Rusiya komandası oktyabrın 7-i və 10-da müvafiq olaraq Cənubi Koreya və İranla qarşılaşacaq.

Qeyd edək ki, “Ravon” 2015-ci ildən fəaliyyət göstərir və “General Motors Uzbekistan” zavodunun məhsullarının satışını həyata keçirir. Şirkətin rəhbəri Şərəf Aşurovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti