Bakı. Trend:
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, təmsilçimiz Bakı vaxtı ilə saat 17:30-da Rumıniyanın Deva şəhərindəki idman kompleksində Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşacaq. Oyunu Tomaş Frak (Polşa), Kiril Naişouler (Finlandiya) və Şota Kukilavadan (Gürcüstan) ibarət hakimlər briqadası idarə edəcək.
“Araz”ın heyəti:
1. Rövşən Hüseynli (q), 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 6. Eduardo Borges, 15. Karvalho dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 3. Teles Thaqo, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Ramil Quliyev, 9. Oktay Rüstəmli