...

"Mançester Yunayted" bu mövsüm İPL-də ilk dəfə məğlub oldu

İdman Materials 22 Oktyabr 2017 00:09 (UTC +04:00)
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının (İPL) IX turunda səfərdə "Haddesfildə" 2:1 hesabı ilə məğlub olub
"Mançester Yunayted" bu mövsüm İPL-də ilk dəfə məğlub oldu

Bakı. Trend:

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının (İPL) IX turunda səfərdə "Haddesfildə" 2:1 hesabı ilə məğlub olub.

Trend-in məlumatına görə, bu məğlubiyyət "Mançester Yunayedin" bu mövsüm İPL-də ilk məğlubiyyətidir. Səkkiz tur ərzində qırmızı şeytanlar 6 qələbə qazanıblar və 2 heç-heçə ediblər.

Qeyd edək ki, hazırda "Mançester Yunayted" 20 xalla çempionatda 2-ci yerdə qərarlaşıb. Çempionatın 9 turdan sonra lideri 25 xal ilə Mançester şəhərinin digər təmsilçisi "Mançester Sitidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti