...

İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatlarının ikinci günün qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 18 Noyabr 2017 20:04 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında qadın və kişi idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eləcə də akrobatika gimnastikası üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar.
İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatlarının ikinci günün qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında qadın və kişi idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eləcə də akrobatika gimnastikası üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar.

Trend-in məlumatına görə, kişi idman gimnastikası üzrə uşaqlar (2004-2005) yaş kateqoriyasında Anar Həsənov qızıl medal qazanıb. Rəsul Əhmədzadə ikinci, Aydın Əlizadə üçüncü yerdə qərarlaşıblar.

Yeniyetmələr (2002-2004) yaş kateqoriyasında Ramin Dəmirov qızıl, Mənsum Səfərov gümüşə yiyələniblər.

Gənclər (2000-2002) yaş kateqoriyasında isə Səməd Məmmədli qızıl, Cavidan Babayev gümüşə sahib çıxıblar.

Böyüklər (1999-cu il təvəllüdlülər və daha böyüklər) yaş kateqoriyasında birinci yerin sahibi Timur Bayramov, ikinci yerin sahibi isə Murad Ağarzayev olublar.

2 gün davam edən turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparıblar. Onlar Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti