...

ABL Cup 2017/18 turnirinin pley-off mərhələsinin ilk günü keçirildi (FOTO)

İdman Materials 27 Noyabr 2017 18:38 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.
ABL Cup 2017/18 turnirinin pley-off mərhələsinin ilk günü keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

25 noyabr ASEP şirkətinin təşkilatçısı olduğu ABL Cup 2017/18 turnirinin pley-off mərhələsinin ilk gününün oyunlarına start verildi. Pley-off mərhələsində 17-32-ci yerlər uğrunda mübarizə aparacaq komandalar ilk oyunlarını keçirdilər.

"Gate Baku" və "Amrahbank" komandalarının oyunu "Gate Baku" komandasına texniki qələbənin verilməsi (3:0) ilə başa çatdı.

"Azergold" və "GT Solutions" komandalarının oyunları yüksək hərarətli dəqiqələr və oyunçuların qələbə uğrunda oyun meydançasındakı mübarizəsi ilə yadda qaldı. "GT Solutions" komandasına oyun ərzində iki sarı və bir qırmızı kart verilməsinə baxmayaraq, qələbə qazanaraq oyunu 3:4 hesabı ilə başa çatdırdı.

"Norm Sement" və Gənclər və İdman Nazirliyinin komandalarının oyunu "Norm" komandasına verilən texniki qələbə (3:0) ilə yekunlaşdı.

VTB və "DDLAR Group" komandalarının qarşılaşması hər iki komandanın aktiv oyunu ilə fərqləndi. Keçirilən bu oyun VTB komandasının 5:1 hesablı qələbəsi ilə başa çatdı.

"TimSport" və "TreMiDa" komandalarının keçirdiyi oyun "Timsport" komandasının üstünlüyü (4:3) ilə bitdi.

Gün ərzində ən maraqlı və yaddaqalan oyunlardan biri kimi "Gesco" və "Pullman" komandalarının qarşılaşması olub. "Gesco" komandası meydanda maraqlı oyun nümayiş etdirməklə yanaşı, qayda pozuntularına yol verilməsi ilə əlaqədar üç sarı kartla cəzalanıb. "Pullman" komandası son ana qədər, əzmlə rəqibin endirdiyi qol zərbələrinə cavab olaraq hesabı 5:7-yə çatdıraraq qələbə qazanıb.

"Kapital Bank" və "Smart System Technology" komandalarının oyunu "Kapital Bank" komandasının 11:0 hesablı qələbəsi ilə başa çatdı.

Günün son oyunu "Bakcell" və "Deloitte" komandaları arasında baş tutub. Hər iki komanda ruh yüksəkliyi ilə meydançada mübarizə aparıb və nəticə etibarilə oyun "Bakcell" komandasının üstünlüyü (5:3) ilə başa çatıb.

Beləliklə, pley-off mərhələsinin ilk günü başa çatıb.

Komandaların turnirdəki mövqeləri və qələbə uğrundakı mübarizələrinin bütün məqamlarını rəsmi saytda və "facebook" səhifəsində ətraflı əks olunmaqdadır.

Çempionatın rəsmi saytı olan www.abl.az-da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı: https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti