...

Gənc boksçular Azərbaycan birinciliyində qüvvəsini sınayacaq

İdman Materials 15 Yanvar 2018 13:32 (UTC +04:00)
Gənc boksçular Azərbaycan birinciliyində qüvvəsini sınayacaq.
Gənc boksçular Azərbaycan birinciliyində qüvvəsini sınayacaq

Bakı. Trend:

Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək. Yarışda paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 31 komanda mübarizə aparacaq.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 10 çəki dərəcəsi üzrə baş tutacaq birincilik Boks Mərkəzində təşkil olunacaq.

Qalib adı uğrunda 140 idmançı qüvvəsini sınayacaq.

Döyüşlər hər gün saat 14:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti