...

2019-cu ildə Beynəxalq Boks Forumu Bakıda keçirilə bilər

İdman Materials 8 Fevral 2018 12:04 (UTC +04:00)
2019-cu ildə Beynəxalq Boks Forumu Bakıda keçirilə bilər.
2019-cu ildə Beynəxalq Boks Forumu Bakıda keçirilə bilər

Bakı. Trend:

2019-cu ildə Beynəxalq Boks Forumu Bakıda keçirilə bilər.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlev deyib.

O, forumun təşkili üçün Çin və Azərbaycandan təklif gəldiyini bildirib: "Bu forum hamıya maraqlı gəlib və hər il keçiriləcək. Düşünürəm ki, Boks günündə - iyulun 22-də növbəti forumun harada keçiriləcəyini dəqiq biləcəyik. İlkin olaraq forum fevralın əvvəlində Bakıda baş tutacaq. Lakin Çin də yaxşı şərtlər təklif edir".

Xatırladaq ki, ilk beynəlxalq forum 1-4 fevral tarixlərində Soçidə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti