Bakı. Trend:
Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün Dünya Güləş Birliyinin mənzil-qərargahında yarışın püşkatma mərasimi keçirilib.
Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.
Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.
Qeyd edək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.