...

ÇL: "Bavariya" 1/4 final mərhələsində (VİDEO)

İdman Materials 14 Mart 2018 23:43 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunu keçirilib
ÇL: "Bavariya" 1/4 final mərhələsində (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunu keçirilib.

Trend-in məlumatına görə, Türkiyənin "Beşiktaş" klubu Almaniyanın "Bavariya" klubunu qəbul edib. Oyun Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:3 (ilk oyun - 0:5).

Qollar: T.Alkantara - 18-ci dəqiqə (0:1), G.Gönül - 46-cı dəqiqə (0:2 avtoqol), V.Lav - 59-cu dəqiqə (1:2), S.Vaqner - 84-cü dəqiqə (1:3).

Beləliklə, "Bavariya" klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti