...

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin dördüncü turunda So ilə heç-heçə edib

İdman Materials 15 Mart 2018 01:35 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün şahmat üzrə İddiaçılar Turnirinin dördüncü turu keçirilib.

Trend-in məlumatına görə, turnirdə iştirak edən Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dördüncü turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb və tərəflər heç-heçəyə razılaşıblar.

Dörd turun nəticələrinə əsasən, turnir cədvəlində ilk pillədə Karuana (ABŞ) - 3 xal, ikinci pillədə Məmmədyarov (Azərbaycan), Kramnik (Rusiya)- 2,5 xal, üçüncü pillədə Liren (Çin), Aronyan (Ermənistan), Qrişyuk (Rusiya) - 2 xal, dördüncü pillədə So (ABŞ) və Karyakin (Rusiya) qərarlaşıblar.

Turnir martın 27-nə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.

Xəbər lenti

Xəbər lenti