...

Bakıda dayaqla tullanma hərəkətlərində Dünya Kuboku finalçıları məlum olub

İdman Materials 16 Mart 2018 15:20 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dayaqla tullanma hərəkətlərində finalçılar məlum olub.
Bakıda dayaqla tullanma hərəkətlərində Dünya Kuboku finalçıları məlum olub

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dayaqla tullanma hərəkətlərində finalçılar məlum olub.

Trend-in məlumatına görə, təsnifat yekunları üzrə Gürcüstan nümayəndəsi Konstantin Kuzovkov, fillipinli idmançılar Karlos Edriel Yulo və Reyland Kapellan, Çin təmsilçisi Vey-Şen Tszen, belaruslu idmançı Pavel Bulavskiy, Səudiyyə Ərəbistanı təmsilçisi Cəfər Saleh Alsaiq, ukraynalı idmançı Maksim Vasilenko və İtaliya idmançısı Luka Lino Qartsa finala çıxıblar.

Azərbaycan gimnastı Murad Ağarzayev isə 11-ci yeri tutub və finala çıxa bilməyib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.

Birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşına, parallel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.

Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, parallel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar martın 16-da daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayacaqlar.

Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti