...

Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçiriləcək

İdman Materials 28 Mart 2018 15:15 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev) təşkilatçılğı mayın 5-də peşəkar boks turniri keçiriləcək.
Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçiriləcək

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev) təşkilatçılğı mayın 5-də baş Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci illik yubileyinə həsr olunmuş peşəkar boks turniri keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, turnirin təntənəli açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plötzş, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri və yerli medianın iştirakı gözlənilir. Çempionata Almaniya və Azərbaycan himlərinin səsləndirilməsi ilə start veriləcək. Turniri 2000 yaxın tamaşaçının canlı izləyəcəyi gözlənilir. İdman yarışının Almaniya mediasında geniş işıqlandırılması nəzərdə tutulub.

Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayacaq. Ukraynalı boksçu Oleksandr Qaraşenko, Almaniya boksçuları Tino Froehliş və Dominik Kosel, Polşa boksçusu Thomas Andreevski və digər ölkələrdən olan peşəkarboksçular Heydər Əliyevin adını daşıyan Dünya və beynəlxalq kəmərləri uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, ulu öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan azərbaycanlı idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti